“Həddi aşırsınız…”- Putin Qərbi hədələdi

“Rusiya şirkətlərinin xaricdəki aktivlərinə həbs qoyulması bütün hədləri aşır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

“Qanuni yolla qazanılan vəsaitlərin – şirkətlərimizin, sahibkarlarımızın vəsaitlərini ələ keçirməklə bütün sərhədləri  aşırlar”, – Putin qeyd edib.

Putin Rusiyanın xaricdəki aktivlərinin ələ keçirilməsi ilə məşğul olan şəxslərin özləri üçün mənfi nəticələri başa düşməmələrinə də diqqət çəkib. Nümunə kimi o, dollarla ödənişlərin məhdudlaşdırılmasını göstərib ki, bunun nəticəsində bütün ölkələr milli valyutalarda ödənişlər barədə düşünüb, əmanətlərini ABŞ-dan kənarda saxlayıblar.

“Qərb özü üçün bunun mənfi nəticələrini anlamır”, – Rusiya prezidenti deyib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb –

Sonrakı məqalə

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub