Cəbrayılda daha iki erməni hərbçinin qalıqları aşkarlanıb

23 Noyabr 2021 - 20:45

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha iki erməni hərbçinin qalıqları aşkar olunub.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Axtarış işlərini bir bölük həyata keçirib. Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.