Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, İstanbulda sülh danışıqları aparmağı təklif edən Ukrayna nümayəndə heyətinə rədd cavabı verib.
Azpost.info xəbər verir ki, Lukaşenko bunu “Rossiya 1” telekanalının efirində deyib.
“Lvovda oturmuşduq, danışıqlar aparırdıq. Amerikalılar xəbər tutdu, bəzi çəkişmələr oldu. Bizə təklif etdilər ki, gələn dəfə İstanbula gedək. Cəhənnəm olun! Nə İstanbul?! İstanbula niyə gedirik, sizinlə həmsərhədik”, – Belarus lideri qeyd edib.
Lukaşenkonun sözlərinə görə, danışıqların aparılması təşəbbüsü ilə Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib.
Azpost.info