Cəmiyyətdə mənəvi keyfiyyətlər doğurdanmı dağılır? –Alimlər insanların ənənəvi şikayətini araşdırıb

Amerikalı alimlər son 70 ildə mənəvi keyfiyyətlərin pisə doğru dəyişməsi barədə insanların iddialarını araşdırıblar.

Araşdırma maraqlı nəticəni üzə çıxarıb: Dünyanın 60 ölkəsində insanlar hesab edirlər ki, son 70 il ərzində cəmiyyət mənəvi deqradasiyaya uğrayıb, amma eyni zamanda əxlaq səviyyəsi praktiki olaraq dəyişməz qalıb.

Tədqiqatçılar iştirakçıların öz həmvətənlərinin mənəvi keyfiyyətlərini qiymətləndirdikləri sorğulardan əldə edilən məlumatları tədqiq ediblər. Tədqiqatçılar sorğuya mənəvi-əxlaqi məsələləri əhatə edən suallar da əlavə ediblər: məsələn, qeyd edilən respondent  kiməsə tez-tez kömək edibmi?

Məlum olub ki, insanlar cəmiyyətin mənəvi vəziyyətinin zaman keçdikcə daha da pisləşdiyinə əmindirlər. Lakin eyni zamanda müasirlərinin xeyirxahlığı  ilə bağlı qiymətləndirmələri təxminən eyni səviyyədə qalır.

Bu effekt bizim qərəzli olmağımızla bağlı meydana çıxa bilər. Biz anında digər insanlar haqqında mənfi məlumatlara daha çox diqqət yetiririk. Lakin eyni zamanda, uzunmüddətli perspektivdə pisi deyil, daha yaxşını xatırlayırıq.

Azpost.info

 

Əvvəlki məqalə

İspaniya Millətlər Liqasının finalına çıxdı

Sonrakı məqalə

ABŞ seçkilərində yeni “ulduz” parlayır –