Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Cənub rayonlarına yağan yağış sel gətirib-

User 19 Mart 2022 - 11:31 (Last updated: 21 May 2025 - 20:15)
yaqis

Martın 19-da gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.

“Həmçinin, xüsusilə dağlıq ərazilərdə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar həmin ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara müraciət edərək şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik”, – məlumatda deyilir.

Post navigation

Previous: Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir
Next: Un bazarında nəzarət tədbirləri həyata keçirilir

Oxşar xəbərlər

tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
korpeler
  • Sosial

Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?

User 04 Noyabr 2026 - 10:52
DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21

xƏBƏR

tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
2027-ci ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 5 milyard 98 milyon 986 min manat vəsait nəzərdə...
Read more about 2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?
Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək? veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub? dollar02
  • Baş Yazı

Azərbaycan 2027-ci ildə 6 milyard manat xarici borc götürə bilər – Büdcədə nə qədər vəsait nəzərdə tutulub?

User 04 Noyabr 2026 - 11:16
Qarabağın bərpasna 3,4 milyard manat – 2027-ci ildə hansı işlər görüləcək? default
  • İqtisadiyyat

Qarabağın bərpasna 3,4 milyard manat – 2027-ci ildə hansı işlər görüləcək?

User 04 Noyabr 2026 - 11:06
Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur? korpeler
  • Sosial

Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?

User 04 Noyabr 2026 - 10:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.