Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən xəbər verir ki, sentyabr 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.
Düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 mm olub.
Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın temperaturu iqlim normasından 3.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 29-33, dağlıq rayonlarda 20 dərəcəyədək, Naxçıvan MR-da 27-33 dərəcə isti təşkil edib.