Cəbrayılda daha bir mina partladı –ANAMA əməkdaşı xəsarət aldı

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

Müdafiə naziri Kəlbəcərlə və Laçında silah anbarlarını yoxlayıb

Sonrakı məqalə

Bərdə sakini qonşusunu öldürdü, sonra özü intihar etdi