Cəlilabadda 20 yaşlı qızı itkin düşüb – FOTO

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zəkirə Mirzəyevanın əlamətləri bunlardır:
Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ səfirliyi Amerika vətəndaşlarına Zəngəzura səfər etməyi qadağan etdi –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu