Cəlilabadda “Milliön” aparatlarından 7 min manatdan çox pul oğurlanıb

Cəlilabadda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul, tütün məmulatı, kassasında isə içərisində 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını, Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazadan kassasında 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə raket zərbəsindən evləri dağılmış sakinlərə yeni mənzillər verilib –

Sonrakı məqalə

“Kürd Elnur” ləqəbli  kriminal avtoritetin məhkəməsi başlanıb