“Cənubi Qafqazda Rusiyanın 300 illik tarixi başa çatdı” –Politoloq Yevgeni Satanovski 

“Cənubi Qafqazda, Orta Asiyada Rusiya imperiyasının, Sovet İttifaqının daha sonra Rusiya Federasiyasının son 300-350 illik tarixi başa çatdı”.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski  NEWS.am-a açıqlamasında bildirib.

“Yeni şəraitdə nəsə yeni bir şey olacaq. Bu gün biz Qərblə böyük müharibənin mərkəzindəyik. İndi əsas məsələ bu və ya digər tarixi regionda hərbi baza deyil, Rusiyanın, bəlkə də bütün dünyanın mövcudluğudur” -deyə politoloq vurğulayıb.

Onun fikrincə, artıq “Rusiyasız Cənubi Qafqaz” faktdır və bununla mübahisə etmək əbəsdir.

“Rusiya Ukraynadakı hərbi əməliyyatlarla eyni vaxtda Türkiyəyə qarşı hərbi ekspedisiya və ya böyük regional müharibəyə başlamaqda maraqlıdırmı? Xeyr, maraqlı deyil”, – Satanovski əlavə edib.

 

 

 

Əvvəlki məqalə

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Sonrakı məqalə

Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir