Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Çəki artımı baxımından ən riskli yaş dövrü hansdır?

User 25 Aprel 2026 - 11:35 (Last updated: 25 Aprel 2026 - 11:20)
kok ceki

Yeni araşdırma göstərir ki, sağlamlığa yalnız çəki artımı faktı deyil, həm də onun hansı yaş dövründə baş verməsi ciddi təsir göstərir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, erkən yetkinlik dövründə çəki artımı ölüm riski ilə daha sıx əlaqəlidir.

Araşdırmaya görə, 17–29 yaşları arasında piylənmə inkişaf edən şəxslərdə, 60 yaşına qədər piylənmə yaşamayanlarla müqayisədə, müşahidə dövründə hər hansı səbəbdən ölüm riski təxminən 70 faiz daha yüksək olub.

Tədqiqat İsveçin Lund Universitetinin alimləri tərəfindən aparılıb və çəkinin dinamik izlənməsinə əsaslanıb. Araşdırmada 600 mindən çox insanın məlumatları təhlil edilib və yalnız 17–60 yaş aralığında ən azı üç dəfə çəki ölçməsi qeydə alınmış iştirakçılar nəzərə alınıb.

Alimlərin fikrincə, erkən yaşlarda artıq çəki ilə yaşamaq orqanizmdə uzunmüddətli bioloji stress yaradır. Bu isə bədənə əlavə yük salaraq erkən qocalmaya və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.

Tədqiqat çərçivəsində ümumi ölüm halları ilə yanaşı, ürək-damar xəstəlikləri, müxtəlif xərçəng növləri və 2-ci tip diabetlə bağlı ölüm halları da izlənilib. Nəticələr göstərib ki, istənilən yaşda yüksək çəki artımı ölüm riskini artırır, lakin əsas amil piylənmənin nə qədər müddət davam etməsidir.

Araşdırmada ölüm hallarının ən böyük hissəsinin ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insultla əlaqəli olduğu müəyyən edilib.

AzPost.az

Post navigation

Previous: ABŞ İrana qarşı əməliyyata nə qədər pul xərcləyib?
Next: Prezident Vladimir Zelenski Azərbaycana səfərə gəlib –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.