“Cəmiyyətin norma kimi baxdığı bu şeylər əslində baş aldatmaqdır” –Milyarder Pavel Durov

Milyarder Pavel Durov X sosial şəbəkəsində paylaşımnda müasir dünyanın əsas “illüziyaları” hesab etdiyi şeyləri sadalayıb. Bu, onu yenidən mübahisələrin mərkəzinə çevirib.

Azpost.info bildirir ki, bir istifadəçi Telegram qurucusundan şübhəli olmasına baxmayaraq bu gün cəmiyyətdə norma kimi qəbul olunanları sadalamağı xahiş edib.

Duriv cavab olaraq yazıb: “Əczaçılıq. Qida sənayesi. Bank sistemi. Evlilik. Vergilər. Lüks yaşam. “müstəqil” media. “Qeyri-hökumət” təşkilatları. Şəhərlər. Ölkələr. Reallığın özü.”

Dərc etdiyi siyahıda Durov həmçinin evlilik, vergilər, lüks, eləcə də sözdə “müstəqil media” və “qeyri-hökumət təşkilatları”ndan da bəhs edib.

Onun evliliklə bağlı mövqeyi xüsusilə mübahisə doğurub. İş adamının sözlərinə görə, evlilik nə sabitliyə, nə də maddi faydaya zəmanət verən bahalı və mürəkkəb bir proses, “eksklüziv ömürlük müqavilə”dir. O, həmçinin qeyd edib ki, ailə münasibətləri tez-tez emosional xərclər və kənar müdaxilə ilə müşayiət olunur.

Bəyanat tez bir zamanda onlayn müzakirə dalğasına səbəb olub və bir çox istifadəçi onun sözlərini, xüsusən də şəxsi həyatını nəzərə alaraq, təxribatçı və mübahisəli hesab edib.

Şərhçilər həmçinin onun əvvəllər mümkün rəsmi evlilik barədə işarələr edən 25 yaşlı partnyoru Yuliya Vavilovaya diqqət yetiriblər. İstifadəçilər həmçinin Durovun sevgilisinə verdiyi bahalı hədiyyələri də xatırlayıblar. Bunlara təxminən 52.000 dollar dəyərində NFT tokeni və Kanndakı xeyriyyə hərracında Hollivud rolunun 400.000 dollara alınması da daxildir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.