Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Camaat mənə sual verir ki, niyə Koçaryan və Sərkisyan həbsdə deyil?”-

User 07 May 2025 - 23:58 (Last updated: 21 May 2025 - 20:49)
pasinyan parle

“Camaat mənə sual verir ki, nə üçün Koçaryan və Sərkisyan həbsdə deyil?”.

AzPost bildirir ki, Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib.

Müxalifətçi “Respublika” blokundan olan deputat Anna Qriqoryanın ölkədə korrupsiya ilə bağlı sualına cavabına qəzəblənən Paşinyan rəqiblərini ittiham edib.

“İndiki parlament müxalifəti korrupsiyadan danışmalı olan qüvvə deyil”- deyə Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı seçicilərə rüşvət təklif etməkdə ittiham edib.

Baş nazir qeyd edib ki, sabiq dövlət başçıları həmçinin insanları normal işləmək imkanından faktiki olaraq məhrum ediblər.

“Vətəndaşlarımızın işləməsinə mane olmaq üçün hər şeyi etdilər. Nə üçün? Ona görə ki, kasıb olsunlar və onlara möhtac qalsınlar. Seçkiləri də rüşvətlə udmaq istəyirdilər”- deyən hökumət başçısı parlamentdə təmsil olunan müxalifət qüvvələrinə işarə edib.

Paşinyan qeyd edib ki, rayonlara səfərləri zamanı insanlar ondan ən çox aktual problemlərlə bağlı deyil, keçmiş prezidentlərin taleyi ilə bağlı sual verirlər: “Məsələn, niyə Koçaryan və Sərksiyan hələ də dəmir barmaqlıqlar arxasında deyillər?”

Baş nazirin sözlərinə görə, insanlar ağır həyatlarından deyil, Köçəryan və Sarkisyanın həbs edilməməsindən şikayətlənirlər.

Paşinyan deyib ki, mətbautda hansısa korrupsiya iddiaları ilə qərar vermək olmaz.

“Ermənistanda mətbuat məhkəmə sistemini təmsil etmir. Ermənistan Respublikasında məhkəmə sistemi var. Əgər mətbuatda gedən yazıları izləsəydik, sizi  asıb Ermənistandan qovmalıyıdıq.  Mətbuatda haqqınızda nə yazırlar, niyə ümumiyyətlə azadlıqdasınız? Yazırlar ki, siz xarici casussunuz. Əgər media nəşrlərini rəhbər tutsam, sizi Milli Təhlükəsizlik Xidmətinin zirzəmilərinə atmalıyam. Birini də sən getməlisən və gedəcəksən.

Mətbuat sizin haqqınızda yazır ki, siz xarici agentsiniz, beşinci kolon, təsir agentlərisiniz. Yerində otur, səsini kəs. əsəblərimlə oynama…”, – Paşinyan qəzəblə deyib.

Bundan sonra zalda vəziyyət gərginləşib, hay-küy düşüb. Spiker canlı yayımı dayandırıb.

AzPost.az

Post navigation

Previous: Vatikan bacadan qara tüstü buraxdı, yeni Papa seçilməyib –
Next: “Putinin dayanacağını düşünən adam axmaqdır” –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.