Səudiyyə Ərəbistanında jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunan şəxslərlə bağlı məhkəmə hökm verib.
Qətllə əlaqədar olaraq beş nəfər ölüm cəzasına məhkum edilib.
Daha üç nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, C.Xaşuqci sənədlərinin rəsmiləşdirilməsi üçün ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşuqcinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib(trend).