“Veb-kameraların işlək vəziyyətdə olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır”- MSK sədri

“Sosial şəbəkələrdə bəzi məntəqələrdə veb-kameralarıb işlək vəziyyətdə olmaması ile bağlı yayılan məlumatlar əsassızdır”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə,bu məlumatı Azərbaycandan kənarda yaşayan bloggerlərden biri ictimaiyyətə verib:”Bu məsəle aydınlaşdırılıb.Səhv etmirəmsə, həmin kameranın istifadəsi ile bağlı istifadəçinin problemi olub. Həmin kameralar istifade olunmadan əvvəl sistem yenilənməlidir (restart). Amma bu, edilməyib”.
M.Pənahov əlavə edib ki, hazırda seçki məntəqələrində 1000 veb-kamera var:”Yoxlamaq olar ki, onların hamısi işlək vəziyyətdədir. Özüm şəxsən onların əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nı fəaliyyətinə kölgə salmaq ücün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Camal Xaşuqcinin qatillərinə ölüm cəzası verildi

Sonrakı məqalə

İran deputatları BMT-nin hesabatına etiraz ediblər: