Canlı ünsiyyət uşaqlara informasiyanı daha dəqiq qavramağa imkan verir

Araşdırmalar göstərir ki, körpə uşaqlarda canlı ünsiyyət vasitəsilə informasiya qəbuletmə imkanı digər yollarla müqayisədə daha səmərəli olur.

ABŞ alimləri bu istiqamətdə müvafiq araşdırmalar apararaq belə nəticəyə gəliblər.

Belə ki, iki fərqli qrupda cəmləşən on aylıq uşaqlar arasında müqayisə aparılıb. Birinci qrupda uşaqlara narıngi meyvəsi haqqında videogörüntülü musiqi dinləndirilib, digər qrupda isə eyni musiqini uşaqlar üçün canlı oxuyublar. Hər iki qrupda olan uşaqların beyinlərinin reaksiyası ölçülərək müəyyən edilib ki, ikinci qrupdakı uşaqlar musiqi oxunulan zaman tələffüz olunan səsləri bir-birindən ayırıblar. Digər qrup uşaqlarda isə heç bir fərqləndirmə reaksiyası müşahidə olunmayıb.

Araşdırmalar əsasında uşaqların ətraflarında baş verən hərəkətlərə reaksiyası da ölçülüb. Müxtəlif qruplar üzrə eksperimentlərin nəticələri göstərir ki, aktiv reaksiyaya sahib körpə uşaqlar gələcəkdə daha yüksək intellekt (İQ) səviyyəsinə malik olurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tehranda sərnişin təyyarəsi təcili eniş edib

Sonrakı məqalə

Bu günə olan hava PROQNOZU –