Tehranda sərnişin təyyarəsi təcili eniş edib

İranın “Airbus 306” sərnişin təyyarəsi texniki səbəblərə görə Tehrana təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə “Tasnim” agentliyi bildirib.

Məlumata əsasən, İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra təyyarə texniki problemlə üzləşib. Bu səbəbdən təyyarə İstanbula uçuşunu dayandırıb, başqa bir hava limanına – Mehrabad limanına uğurlu eniş edib.

Sərnişinlərdən heç biri xəsarət almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub

Sonrakı məqalə

Canlı ünsiyyət uşaqlara informasiyanı daha dəqiq qavramağa imkan verir