Canni De Byazi AFFA ilə müqaviləsini poza bilər

Canni de Byazi Azərbaycan millisindən ayrıla bilər.

Apasport.az saytının Yunanıstanın “Live Sport” nəşrinə istinadən məlumatına görə, italiyalı mütəxəssis bu ölkənin yığmasında baş məşqçi postuna namizədlərdən biridir.

Bildirilib ki, 65 yaşlı mütəxəssis AFFA ilə müqaviləsini yenicə uzatmasına baxmayaraq, komandadan getməyə hazırdır. Yunanıstan Futbol Federasiyası (EPO) de Byazinin namizədliyini nəzərdən keçirir. Qurum rəsmiləri onun komandaya yenidən əvvəlki əzəmətini qaytarmaq bacarığına malik olduğunu düşünürlər.

Namizədlər sırasında Cennaro Qattuzo və Roberto Donadoni kimi digər italiyalı mütəxəssislər də var. Lakin EPO üçün ən ideal variant Azərbaycan millisinin çalışdırıcısı sayılır.

Qeyd edək ki, Canni de Byazi ötən ay AFFA ilə müqavilə müddətini gələn ilin oktyabrına qədər uzadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıdıblar – VİDEO

Sonrakı məqalə

Həbsdə ölən deputatın qardaşı məhkəmədə ifadə verib