Türkiyədə komando kursunu bitirən hərbçilərimiz Vətənə qayıdıblar – VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlanıb

Sonrakı məqalə

Canni De Byazi AFFA ilə müqaviləsini poza bilər