Canni de Byazi ilə bağlı qərarı AFFA verəcək

12 Noyabr 2021 - 00:55

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin taleyinə AFFA aydınlıq gətirəcək.

Apasport.az saytının məlumatına görə, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

De Byazi DÇ-2022-nin Lüksemburqla seçmə oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında gələcəyi ilə bağlı suala aydınlıq gətirib: “Belə bir matçdan sonra bu barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək”.