Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Kiyevə gəlib.
Azpost.info xəbər verir ki, Ramafosa Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Prezidentlər Rusiya ilə Ukrayna arasında atəşkəs və münaqişənin həlli imkanlarını müzakirə edəcəklər.
CAR lideri Zelenski ilə görüşdən sonra Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gedəcək.
Afrika ölkələrinin başçıları ilə Rusiya prezidentinin görüşü iyunun 17-də baş tutacaq. Ramafosadan başqa görüşə Afrikanın daha bir neçə ölkəsinin liderləri qatılacaq.
Bir gün əvvəl Ramafosa Varşavada olub və Polşa prezidenti Anjey Duda ilə görüşüb. Daha sonra o, sülhməramlı missiyanın tərkibində Kiyevə yollanıb.
Azpost.info
