“Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar. Onun yerinə yeni xətlər salmaq bir az çətindir. Lakin bu məsələ haqqında da düşünülür”.
Azpost.info bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə,Bakıda tramvay xətlərinin bərpa edilməsi bir qədər çətin məsələdir: “Prezidentə bu barədə məruzə olunub. Baxaq görək… Bakı şəhəri sıxdır. Şəhər üç tərfədən su ilə əhatə olunub. Şəhərə giriş-çıxış bir yolla olur. Bu məsələ üzərində çalışırıq. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Fikirləşirik ki, Biləcəridən Pirşağa tərəfə, həm də Əhmədli qəsəbəsi, Maştağa tərəfə xətlər çəkilə bilər”.