Çavuşoğlu Ermənistanın sərhəddə təxribatına münasibət bildirib:

“Azərbaycan tək deyil”
17 Noyabr 2021 - 16:13

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə münasibət bildirib.

Türkiyə XİN rəhbəri bəhreynli həmkarı ilə mətbuat konfransında APA-nın Ankara müxbirinin sualına cavab olaraq deyib ki, Azərbaycan təxminən 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını əks-həmlə əməliyyatı ilə 44 günə azad edib.

“Azərbaycan öz qətiyyətini, türkün gücünü göstərdi. Biz əvvəl də demişdik, indi də deyirik: Azərbaycan tək deyil, tək olmayacaq. Çünki Azərbaycan heç vaxt bizi tək qoymayıb. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyirəm”, – Türkiyə XİN rəhbəri vurğulayıb.