Çavuşoğlu Krım Platformasında iştirak üçün Ukraynaya səfər edəcək

22 Avqust 2021 - 12:38

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi rəsmi Kiyevin təşəbbüsü ilə keçiriləcək ilk Krım Platforması zirvəsində iştirakdır.

Qeyd edək ki, “Krım Platforması”nın yaradıldığını 2020-ci ilin sentyabrında Ukrayna Prezidenti Vladimir Zelenski elan edib. Kiyev forumun məqsədini “Krımın Ukraynaya qaytarılmasına yönələn beynəlxalq səyləri” əlaqələndirməkdə görür.