Çavuşoğlu Lavrovla danışıb- "Taxıl sazişi" daha uzun müddətə uzadıla bilər

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon söhbəti olub.

Azpost.info xəbər verir ki, nazirlər “taxıl sazişi”ni müzakirə ediblər.

XİN rəhbərləri ikitərəfli əlaqələr ətrafında da fikir mübadiləsi aparıbıar.

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, hazırda “taxıl sazişi”nin 120 gün uzadılması ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, saziş bir neçə gün əvvəl daha 60 gün müddətə uzadılıb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda 16 yaşlı qız özünü 15-ci mərtəbədən atıb

Sonrakı məqalə

Namiq Abdullayev baş məşqçi vəzifəsindən istefa verib