Çavuşoğlu Lavrovla Qətərdə Qarabağı müzakirə etdi

10 Mart 2021 - 23:41

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağı müzakirə edib.

Bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri öz tvitter hesabında paylaşım edib.

“Sergey Lavrovla əlaqələrimizi, Dağlıq Qarabağ, Liviya və Suriyadakı son vəziyyəti müzakirə etdik”.

Görüş Qətərin paytaxtı Dohada baş tutub.