Çavuşoğlu Suriya XİN rəhbəri ilə görüşəcək- AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın ikinci yarısında suriyalı həmkarı ilə görüşəcək.

Azpost.info xəbər verir ki, Çavuşoğlu bildirib ki, hökumət suriyalıların geri qayıtması ilə bağlı əməkdaşlıq etmək istəyir.

Onun sözlərinə görə, görüşün Rusiyanın paytaxtı Moskvada baş tutması gözlənilir.

Çavuşoğlu ABŞ-ın Suriya ilə bağlı normallaşma prosesinə qarşı olduğunu anladıqlarını da qeyd edib: “ABŞ-dan “niyə onlarla görüşürsünüz” sualı gəməyib. Biz də başa düşürük ki, onlar belə normallaşmanın əleyhinədirlər. Amma ABŞ görməlidir ki, illərdir yürütdüyü siyasət bir nəticə verməyib. Bu vətəndaş müharibəsi başa çatmalıdır”.

Azpost.info

Əvvəlki məqalə

“Hazırda havanın temperaturu iqlim normasından yüksəkdir”

Sonrakı məqalə

Türkiyə XİN rəhbəri ABŞ-a gedəcək