Çayı nə ilə içmək olmaz?

İstənilən çayı limon və ya mürəbbə ilə içmək olar, amma digər hallarda qarışımlar ziyanlı ola bilər.

Bunu rusiyalı dietoloq Yelena Solomatina deyib.

O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur.

Qeyd olunur ki, çayı südlə çox içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər.

Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

125 saylı marşrut avtobusunda gediş haqqı qaldırılıb –

Sonrakı məqalə

“Fərdi mükafatlar əvəzinə Çempionlar Liqasının Kubokunu qazanmaq istərdim” –