“Fərdi mükafatlar əvəzinə Çempionlar Liqasının Kubokunu qazanmaq istərdim” –Messi "Qızıl Top"dan danışdı

Karyerasında 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülən “Barselona”nın kapitanı Lionel Messi hisslərini bölüşüb.

Azpost.info matc.az-a istinadən bildirir ki, argentinalı superulduz fərdi mükafata önəm vermədiyini söyləyib.

Leo həmçinin “Barselona” ilə yeni müqavilə bağlamaq məsələsinin problem olmadığını da vurğulayıb: “Klubda işləyən insanlar məni tanıyırlar. Müqavilə məsələsində heç bir problem olmadığını bilirlər. “Barselona”ya olan hisslərim hər hansı bir imza və ya kağızı aşır. Həmişə deyirəm ki, bu kimi fərdi mükafatlar əvəzinə Çempionlar Liqası və ya Amerika Kubokunu qazanmaq istərdim. Hazırda 32 yaşım var. Hər şey insanın necə hiss etməyindən asılıdır. Bu gün özümü həmişəkindən daha yaxşı hiss edirəm”.

Qeyd edək ki, Lionel Messi 2009, 2010, 2011, 2012 və 2015-ci ildə də “Qızıl top”a sahib olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çayı nə ilə içmək olmaz?

Sonrakı məqalə

Səadət Yusifova Prezident Administrasiyasında şöbə müdirinin müavini təyin olunub