“Çelsi” cari mövsümdə ilk dəfə məğlub olub –İngiltərə Premyer Liqası

Sentyabrın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.

“Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.

Görüş qonaqların minimal hesabla qələbəsi ilə yekunlaşıb – 1:0.

Oyunda yeganə qolun müəllifi matçın 53-cü dəqiqəsində Qabriel Jesus olub. O, Joao Kanselonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.

Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub – 1:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Anım günündə Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Sonrakı məqalə

Şəhidimizin qardaşının ölüm xəbəri yalan çıxdı –