Çempionlar Liqası tarixinin ən yaxşı qolu müəyyənləşib –VİDEO

Çempionlar Liqası (ÇL) tarixinin ən yaxşı qolları seçilib.

Apasport.az saytının məlumatına görə, “France Football” nəşri sıralamanı açıqlayıb.

Həmkarlarımız ən nüfuzlu klub turnirində Zinəddin Zidanın vurduğu qolu fərqləndiriblər. 2001-02 mövsümündə fransalı yarımmüdafiəçinin hazırda baş məşqçisi olduğu “Real”ın heyətində “Bayer”lə final matçında vurduğu qol ən yaxşı adına layiq görülüb.

“Fiorentina”nın yarımmüdafiəçisi Mauro Bressanın 1999-cu ildə “Barselona”nın qapısından keçirdiyi top ikinci olub. Üçüncü yerdə isə Kriştianu Ronaldonun 2017-18 mövsümündə “Real”da olarkən hazırkı komandası “Yuventus”a vurduğu qol qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda dövlət qurumlarının işçilərinin fəaliyyəti bərpa olunub

Sonrakı məqalə

Bölgələrdə park və istirahət məkanlarına giriş məhdudiyyəti götürüldü