Çexiyalı nazir universitetdə atışma zamanı ziyafət verib

9e201ba19ef074ca30a8a6632eeadfcc.i750x500x530

Çexiya Baş nazirinin müavini, eyni zamanda ölkənin əmək naziri Marian Yurecka dekabrın 21-də Çarlz Universitetində 14 nəfərin öldüyü atışma zamanı nazirlikdə Milad şənliyi təşkil etdiyinə görə üzr istəyib.

Azpost.info xəbər verir ki, bir neçə müxalifət lideri onu istefaya çağırıb.

Universitetdə atışma və itkilər məlum olduqdan sonra nazirliyin əməkdaşları Milad şənliyini dayandırmayıb. Şahidlər iddia edirlər ki, Yureçka universitetdəki vəziyyətlə əlaqədar çağırılan fövqəladə hökumət iclasından sonra ora qayıdıb.

Yureçkanın özü bundan əvvəl atışma barədə məlumatı gec aldığını və mərasimin axşam saat doqquz radələrində dayandırıldığını bildirib. Fakültədə atışma günorta saat üç radələrində başlamışdı.

Yureçka istefa barədə düşünməyə hazır olduğunu bildirib.

Çexiyanın Baş naziri Petr Fiala bazar günü vəziyyətdən təəssüfləndiyini, lakin nazirin izahatlarını dolğun hesab etdiyini bildirib.

Azpost.info