İsrail ordusu Qəzzanın şimalına tam nəzarəti ələ keçirib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına tam nəzarət etdiyini, HƏMAS qruplaşmasının şimal briqadaları və bölmələrinin ləğv edildiyini açıqlayıb.

Azpost.info xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Həqarinin sözlərinə görə, əməliyyat beş vəzifəni əhatə edib: komandirlərin məhv edilməsi, qruplaşmaya qarşı quru döyüşü, kəşfiyyat məlumatlarının toplanması, silahların, eləcə də yeraltı tunellərin məhvi.

Həqari qeyd edib ki, bütün bu məqsədlərə nail olunub.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.