Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edib

User 30 Noyabr 2023 - 23:42 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun atet

30 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib.

Ceyhun Bayramov, çıxışında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.

 

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən anti-terror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığı və tərksilah edildiyini diqqətə çatdırıb.

Görülən anti-terror tədbirləri nəticəsində qondarma rejimin tərksilahından sonra nümayiş etdirilən ərazilərimizdəki hərbiləşmənin miqyasının, Azərbaycan tərəfindən bütün beynəlxalq platformalar çərçivəsində öz ərazilərində qeyri-qanuni hərbi mövcudluğun qəbuledilməzliyi məsələsinin davamlı şəkildə qaldırılmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığı, habelə bundan cəsarətlənən Ermənistanın öz aqressiv fəaliyyətini davam etdirməsinin nəticəsi olduğu bildirilib.

ATƏT-in hələ keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə həll prosesinin bir parçası olmaq şansının mövcudluğuna baxmayaraq, bu Təşkilatın öz mandatının effektiv icrasına nail ola bilməməsinin, habelə post-münaqişə dövründə də Təşkilat çərçivəsində bir sıra iştirakçı dövlətlərin Ermənistana havadarlığının ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadların reallığı əks etdirmədiyini göstərdiyi bildirilib.

Azərbaycan tərəfindən görülən anti-terror tədbirlərinin iddia edilənlərin əksinə nümunəvi şəkildə aparıldığı, ölkəmizin yerli erməni sakinlərin reinteqrasiyası, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, BMT və onun ixtisaslaşmış qurumları habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki müşahidələrinin də bölgədəki “gərgin humanitar vəziyyət” ilə bağlı iddiaların əsassızlığını sübuta yetirdiyi qeyd olunub.

Mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, Azərbaycanın Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə görüşməyi təklif etdiyi də qeyd olunub.

Post navigation

Previous: Azərbaycan və Ermənistanın sülh şəraitində yanaşı yaşaması üçün tarixi imkan olduğuna qəti şəkildə inanırıq
Next: “Qarabağ” səfərdə “Molde” ilə heç-heçə edib

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.