Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyan ilə görüşüb.
Azpost.info bildirir ki, bununla bağlı C.Bayramov paylaşım edib.
“Əbu-Dabiyə rəsmi səfərim çərçivəsində prezident Şeyx Məhəmməd bin Zayed Əl Nahyan ilə görüşməkdən məmnunam”-deyə nazir yazıb.
Tərəflər Azərbaycanın – BƏƏ arasında ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da gücləndirilməsi perspektivlərinə dair müzakirə aparıblar.