Ceyhun Bayramov Blinkenin Qafqaz üzrə baş müşaviri ilə görüşüb- FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı və Berlində keçirilmiş görüşlərdən irəli gələn məsələlər, Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Azərbaycanın sülh prosesinə sadiqliyi qeyd olunub.

Görüş zamanı, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əvvəlki məqalə

Zakir Həsənov NATO Baş katibi ilə görüşüb

Sonrakı məqalə

Azərbaycanda qiymət manipulyasiyası edənlərə qarşı tədbirlər görülüb