Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ceyhun Bayramov BMT -də “Gələcəyin Sammiti”ndə çıxış edib

User 24 Sentyabr 2024 - 08:03 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun bmt cixis

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə iştirak və çıxış edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Çıxışda ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, dayanıqlı inkişafın təmini, habelə iqlim dəyişikliyi ilə mübarizə üzrə birgə fəaliyyətin təşviqi, qlobal çağırışlarla mübarizə istiqamətində baxışı və təşəbbüslərindən ətraflı bəhs olunub.

 

“Gələcəyin Sammiti”nin mövcud qlobal çağırışlarla mübarizədə çoxtərəfliliyin əhəmiyyətini nümayiş etdirmək üçün bir şans olduğu diqqətə çatdırılıb.

 

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində mövcud beynəlxalq öhdəliklərin qətiyyətli addımlarla dəstəklənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirərək dayanıqlı inkişaf gündəliyini irəlilətməkdə davam etdiyini diqqətə çatdırıb.

 

2030-cu ilə qədər olan dövr üçün tərəfimizdən 4 Könüllü Milli Hesabatın təqdim olunduğu, habelə 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən Azərbaycanın bu sahədə qabaqcıl ölkələrdən olduğu bildirilib.

 

Ərazilərimizin işğaldan azad olunması ilə DİM-lərin icrası istiqamətində yeni imkanların yarandığını qeyd edən nazir Ceyhun Bayramov, hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin DİM-lərin icrasının bütün aspektlərini özündə əhatə etdiyini diqqətə çatdırıb.

 

Ölkəmizin 18-ci Milli DİM kimi vətəndaşlarımızın həyat və sağlamlıqlarına, habelə sözügedən yenidənqurma fəaliyyətinə hədə törədən mina təhdidi ilə mübarizə fəaliyyətini geniş təşviq etdiyi vurğulanıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın uzun illər beynəlxalq hüquq normalarının pozulmasının, BMT Nizamnaməsi və qətnamələrinin yerinə yetirilməməsinin acı nəticələrini yaşayan bir ölkə kimi hər zaman sözügedən mexanizm və alətlərin qeyd-şərtsiz tətbiqinə və bu istiqamətdə ikili standartların yolverilməzliyinə vurğu etdiyi qeyd olunub.

 

Ölkəmizin BMT Nizamnaməsi tərəfindən təsbit olunan suverenlik və ərazi bütövlüyünü bərpa etdiyi, qeyri-qanuni işğal və güc tətbiqinə son qoyduğu, habelə Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan normallaşma prosesinin başlanması üçün təşəbbüsün müəllifi olduğu diqqətə çatdırılıb.

 

Sülh prosesi üzrə əldə olunan irəliləyişlərin davam etdirilməsi üçün qalan maneələrin də aradan qaldırılması istiqamətində zəruri siyasi iradə və məsuliyyətin əhəmiyyəti qeyd olunub.

 

Cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirən nazir Ceyhun Bayramov iqlim dəyişikliyi təhlükəsi ilə mübarizədə Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bir araya toplayaraq, inklüzivlik əsasında iqlim məsələlərində əməkdaşlığı gücləndirmək istiqamətində fəaliyyət göstərdiyini bildirib.

 

COP29 sədrliyimizin bu mübarizənin maliyyə tərəfini prioritetləşdirərək, ambisiyaların gücləndirilməsi ilə fəaliyyətin artırılması istiqamətlərinin təşviqini əsas götürdüyü diqqətə çatdırılıb.

 

COP29-un iqlim gündəliyi ilə yanaşı, eyni zamanda qlobal sülhə töhfə olması istiqamətində Azərbaycanın “COP Barışıq Çağırışı” təşəbbüsü ilə çıxış etdiyi, bu çağırış çərçivəsində COP29 ayı ərzində barışığın əldə olunması istiqamətində birlik və hörmətin təşviq olunduğu bildirilib.

Post navigation

Previous: Azərbaycan və Rusiya XİN başçılarının müavinləri ABŞ-da görüşüb
Next: Türkiyənin müdafiə naziri və hərbi rəhbərliyi Bakıya gəlib –

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.