Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ceyhun Bayramov Çin səfirini qəbul edib

Orkhan Ali 19 Mart 2024 - 17:41 (Last updated: 21 May 2025 - 20:15)
65f9947bf2dad65f9947bf2dae171085529165f9947bf2dab65f9947bf2dac

Xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Quo Mini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən xəbərə görə, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, son zamanlar müxtəlif beynəlxalq platformalarda ali səviyyəli görüşlərin, yüksək səviyyəli siyasi təmasların, baş tutan qarşılıqlı səfər mübadilələrinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıblar.

Ölkələrimiz arasında qarşılıqlı etimad və hörmət əsasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət, mədəniyyət, elm və təhsil, turizm, yüksək texnologiyalar və bir sıra istiqamətlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iki ölkənin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Çin şirkətlərinin iştirakı üçün geniş potensial olduğu bildirilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və gələcək mötəbər tədbirlərdə ölkələrimiz arasında əməkdaşlıq üçün əlavə perspektivlər yarandığı qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Quo Minə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Post navigation

Previous: Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Akif Qurbanov və digərlərinə baş çəkib
Next: HƏMAS Putini təbrik etdi

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.