Ceyhun Bayramov və Sergey Lavrov Üçtərəfli Bəyanatı müzakirə edib
Noyabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...