Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub

2020-ci ilin 14 oktyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginlik ilə bağlı məlumat verib.

O qarşı tərəfin diqqətinə çatdırıb ki, 14 oktyabr tarixində gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaq üçün hazırlıq vəziyyətinə gətirilib.

O vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələri özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini qorumaq məqsədilə işğal altında olan Kəlbəcər rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində hərbi legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv edib və bununla növbəti insan faciəsinin qarşısını alaraq, çox sayda Azərbaycan mülki şəxslərinin həyatını xilas edib.

Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib. Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

Koronavirusla əlaqədar Şəkinin giriş-çıxışlarında postlar qurulub –