Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı rəqəmləri açıqladı –

User 15 Sentyabr 2026 - 15:24 (Last updated: 15 Sentyabr 2026 - 15:24)
zengezur

Zəngəzur dəhlizi Orta Dəhlizin yeni istiqaməti kimi xüsusi əhəmiyyət daşıyır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın əsas hissəsində Ermənistanla sərhəd istiqamətində avtomobil yolunun tikintisi üzrə işlərin 95 faizi, dəmir yolu layihəsinin isə 75 faizi tamamlanıb.

Onun sözlərinə görə, hər iki layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Naxçıvan istiqamətində də işlər başlayıb

Ceyhun Bayramov qeyd edib ki, hazırda Naxçıvanda dəmir yolunun yenidən qurulması ilə bağlı işlərə başlanılıb.

Nazir bildirib ki, Türkiyə-Naxçıvan dəmir yolunun 42 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür və bu hissə Zəngəzur dəhlizinin bir parçasıdır.

“Burada danışıqlar ABŞ və Ermənistan arasında həyata keçirilir. Bu, Ermənistan ərazisi sayılsa da, giriş və çıxış Azərbaycandan həyata keçiriləcək”, – Bayramov deyib.

Onun sözlərinə görə, layihələndirmə işləri bu il başa çatmalıdır. Fiziki işlərin isə 2027-ci ildə başlanması nəzərdə tutulur.

“Avropadan Türkiyə və Azərbaycan üzərindən bağlantı yaranacaq”

Ceyhun Bayramov Zəngəzur dəhlizi layihəsinin başa çatdırılmasının vacibliyini vurğulayıb.

“Bu layihənin başa çatdırılması vacibdir. Artıq Avropadan Türkiyə və Azərbaycan üzərindən bağlantının təmin olunması üçün şərait yaranacaq”, – nazir bildirib.

Bayramov Zəngəzur dəhlizinin Orta Dəhlizin yeni istiqaməti kimi xüsusi önəm daşıdığını qeyd edib.

Layihənin reallaşması ilə Naxçıvanın Azərbaycan və Türkiyə arasında quru və dəmir yolu bağlantısında daha mühüm mövqe qazanması, eyni zamanda Avropa ilə Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin genişlənməsi üçün əlavə imkanların yaranması gözlənilir. /APA/

AzPost.az

Post navigation

Previous: Azərbaycan-Türkiyə arasında milyardlarla dollarlıq layihələr –
Next: Məhkum üçün gətirilən sovqatdan heroin çıxdı –

Oxşar xəbərlər

ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.