CHP-nin ən güclü fiqurlarından biri 10 ilə yaxın həbs cəzasına məhkum edildi 

 Ana müxalifət partiyasının qanunvericisinin bildirdiyinə görə, Türkiyə məhkəməsi cümə günü ‘prezidenti təhqir etdiyinə və terror təbliğatı’ yaydığına görə müxalifət liderini 9 il 8 ay həbs cəzasına məhkum edib.

Cümhuriyyətçi Xalq Partiyası (CHP) İstanbul vilayətinin sədri və partiyadakı ən güclü müxalif səslərdən biri olan Canan Kaftancioğlu dərhal həbsə göndərilməyəcəyini və appelyasiya şikayətinin nəticəsini gözləyəcəyini bildirib.

Kaftancıoğlu eləcə də 2012-17 arasında, əsasən Twitter səhifəsində olmaqla hökumət və dövlət işçilərini təhqir etməkdə, nifrət və düşmənçiliyi təbliğ etməkdə ittiham olunur.

CHP xadimi prezident Rəcəp Təyyib Ərdoğanın `Ədalət və İnkişaf Partiyası` və onun İslamçı sələflərinin son 25 ildə nəzarət etdikləri İstanbulun müxalifət tərəfindən bələdiyyə seçkilərində qazanılmasına əhəmiyyətli rol oynayıb.

İstanbulun məhkəmə binasının qarşısında çıxış edən Kaftancioğlu bu hökmün onu susdurmayacağını deyib.

“Nə siz, nə də mən buna layiq deyildik. Məhkəmə qərarı qanuna uyğun deyilsə və siyasi hakimiyyətin istəkləri ilə formalaşırsa, deməli bu ölkədə heç bir qanun yoxdur,” Canan Kaftancıoğlu müxbirlərə deyib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir