Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.
Bu barədə koronavirusinfo.az saytında məlumat yayımlanıb. Bildirilir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Belə ki, üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir;
Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır;
Fiziki məsafənin qorunması məqsədilə təmin edilir: çətirlərin oxlarının arasında minimal məsafə 4 m; insanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla);
Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi.
Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;
Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması;
Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi;
Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi; • Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunması. (Qafqazinfo)