“Çinə dünyada qüdrətli dövlət olmağa imkan verməyəcəyik” – 

Bayden bəyanat verdi
26 Mart 2021 - 01:40
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ prezidenti Bayden bəyan edib ki, Çinə dünyada ən böyük və qüdrətli dövlət olmağa imkan verməyəcək. 

Azpost.info bildirir ki, ABŞ prezidenti bu barədə keçirdiyi mətbuat konfransında deyib.

Onların məqsədi var- Dünyada ən qüdrətli və varlı ölkə olmaq. Mənim dövrümdə bu baş tutmayacaq”-deyə Bayden vurğulayıb.

Bayden Vaşinqtonla Pekin arasında rəqabətin kəskinləşməsini demokratiya və avtokratiya arsında gedən geniş qlobal ideoloji mübarizənin bir hissəsi adlandırıb.

ABŞ prezidenti qeyd edib ki, hələ vitse-prezident olarkən Çin rəhbəri Si Sizinpinlə saatlarla görüş keçirib. Onun fikirncə, Çin lideri hesab edir ki, demokratiyanın gələcəyi yoxdur:“O da Rusiya prezidenti Putin kimi hesab edir ki, avtokratiya gələcəkdir və demokratiya bu mürəkkəb dünyada işləyə bilməz”. 

Bayden həmçinin bəyan edib ki, ABŞ Çini Tayvanda, Honkonqdakı fəaliyyətinə və uyğur azlığına qarşı münasibətinə görə məsuliyyətə cəlb olunması üçün müttəfiqləri ilə işləyəcək.

Bayden bildirib ki, prezident vəzifəsinə başladıqdan sonra Si Sİiznpinlə 2 saat danışıb və ona deyib ki, nə qədər Çin insan haqlarını pozmaqda davam edir ABŞ dünyanın diqqətini buna yönəltməkdə davam edəcək.