Çin ABŞ-a 4 milyarddan çox tibbi maska göndərib

06 May 2020 - 13:50

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Çin ABŞ-a 4 milyarddan çox tibbi maska göndərib.

APA-nın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının səfiri Çuy Tyankayın “Vaşinqton Post” qəzetində yayımlanan məqaləsində bildirilib.

Səfirin sözlərinə görə, orta hesabla hər bir amerikalıya 14 tibbi maska düşür.

Diplomat ABŞ hakimiyyətini Çinin guya koronavirusla bağlı məlumatları gizlətməsinə dair ittihamlardan əl çəkməyə çağırıb.