“Çin ABŞ-Tayvan ticarət razılaşmasına qəti şəkildə qarşıdır”- Pekindən etiraz

Çin hakimiyyəti ABŞ və Tayvan arasında ikitərəfli ticarət sazişinin imzalanmasına qəti şəkildə qarşı çıxır.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

Nin hesab edir ki, ABŞ belə bir sənədlə Vaşinqtonun beynəlxalq vədlərini və “vahid Çin” prinsipini pozacaq.

“Çin ölkəmizin diplomatik əlaqələr qurduğu dövlətlərin Tayvanla istənilən formada rəsmi əlaqə saxlamasına qəti şəkildə qarşı çıxıb. Bu, suverenliklə bağlı istənilən sənədin imzalanmasına aiddir. Vaşinqton və Taypey arasında belə bir sazişin imzalanması gerçəkləşərsə, ABŞ tərəfi “vahid Çin” prinsipini və Çin və ABŞ arasında əldə olunmuş razılaşmaları ciddi şəkildə pozmuş olacaq”, – XİN rəsmisi bildirib.

O xatırladıb ki, Pekin bu məsələ ilə bağlı Vaşinqtona dəfələrlə ciddi təqdimat verib: “ABŞ rəsmiləri ilə Tayvan administrasiyası arasında istənilən əlaqə dayandırılmalıdır. İqtisadi və ticarət razılaşması bəhanəsi ilə Tayvanın separatçı qüvvələrinə yalan siqnallar göndərməyin”, – Nin bildirib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA saytlar üçün müsabiqə elan etdi

Sonrakı məqalə

Azərbaycan xalqı televiziyalarda nəyə baxır? –