“Çin ABŞ və Tehran arasında zamin ola bilər” –İranın Xarici Əlaqələr üzrə Şurasının katibi

Çin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin kimi çıxış edə bilər.

Azpost.info bildirir ki, bu barədə İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə deyib.

“Çin razılaşmaların həyata keçirilməsinin zamininə çevrilə bilər”deyə o vurğulayıb.

Firuzabadi həmçinin bildirib ki, Hörmüz boğazı İran üçün yeni strateji vasitədir: “Şərtlər bizdən Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb edir”.

O əlavə edib ki, boğaz Tehranın təzyiq vasitələrindən biridir.

Lakin o izah edib ki, İran Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır.

Firuzabadi vurğulayıb ki, İran və Oman Hörmüz boğazının hüquqi taleyini müəyyən edir.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurası 2006-cı ildə İranın Ali Liderinin rəhbərliyi altında yaradılmış beyin mərkəzi və yüksək səviyyəli məsləhət orqanıdır. O, xarici siyasət strategiyası hazırlayır və İran hökumətinə məsləhətlər verir.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.