Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Çin Ələtdə günəş panelləri istehsal edəcək

User 10 Sentyabr 2025 - 09:13 (Last updated: 10 Sentyabr 2025 - 09:14)
cin az panel

Baş nazirin müavini, Azərbaycan – Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 9-da Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

Sənədi Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin təsisçisi və sədri Sie Yi imzalayıb.

Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcəkdir. Müəssisələrdə illik 3 qiqavat (QVt) istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq.

Bu müəssisədə istehsal ediləcək günəş panelləri eyni zamanda şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.

Layihə Ələt Azad İqtisadi Zonasının inkişafında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın güclənməsinə də töhfə verəcək. Bu layihənin həyata keçirilməsi Çinin yüksək texnologiyalı şirkətləri tərəfindən Ələt Azad İqtisadi Zonasına göstərilən marağın artmasına zəmin yaradacaq.

Qeyd edək ki, aktivlərinin həcmi 1,7 milyard ABŞ dolları təşkil edən “Sichuan Sunsync” qısa müddətdə günəş panellərinin istehsalı sahəsində qabaqcıl şirkətə çevrilə bilib. Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfəri zamanı “Sichuan Sunsync” şirkətinin rəhbərini qəbul etmişdi və Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunmuşdu.

AzPost.az

Post navigation

Previous: Qətər İsrailə cavab zərbəsi endirəcək? –
Next: Xankəndidə sərxoş müştəri restoranda dava saldı, həbs edildi

Oxşar xəbərlər

1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.