Çin İrana silah göndərməyəcək- ABŞ-a zəmanət verib

ABŞ-ın müharibə naziri Pit Heqset bu gün keçirilən brifinqdə Çinin atəşkəs dövründə İrana silah tədarük etməyə hazırlaşdığı iddia edilən ABŞ kəşfiyyatının məlumatları ilə bağlı sualı cavablandırıb.

Azpost.info bildirir ki, bu barədə ABC News xəbər verir.

Hegsetin sözlərinə görə, Çin ABŞ-a bunun belə olmadığına zəmanət verib.

“Prezident Trampın Prezident Si Cinpinlə çox güclü və birbaşa münasibətləri var və onlar bu barədə məlumat veriblər. Çin bizə bunun baş verməyəcəyinə zəmanət verib”-deyə Pentaqon rəhbəri bildirib.

O, həmçinin bildirib ki, İran rəhbərliyinin komandanlıq və nəzarət imkanları ciddi şəkildə zəifləsə də, İranın atəşkəsə riayət etmək üçün güclü stimulu var.

Tramp və Si Cinpinin may ayında Çində görüşməsi gözlənilir. Səfər ABŞ-İsrail müharibəsinin başlamasından sonra təxirə salınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.