Çin Kambocada gizli şəkildə hərbi baza tikir

Çin Kambocada gizli şəkildə hərbi-dəniz bazası tikməyə başlayıb.

Azpost.info xəbər verir ki, adının açıqlanmasını istəməyən bir neçə Qərb rəsmisi bunu “The Washington Post”a bildirib.

Məlumata görə, tərəflər bazanın Kambocanın cənub-qərbində inşa edilməsinə dair razılığa gəliblər. Bu həftə obyektin təməli qoyulacaq. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, bu, Çin üçün ikinci belə baza olacaq. Çinin digər xarici hərbi bazası Cibutidə yerləşir.

Mənbələr bildiriblər ki, Hind-Sakit okean regionunda baza tikmək Çin üçün strateji əhəmiyyət daşıyır. Bu, Pekinin bu bölgəni qanuni və tarixi təsir dairəsi hesab etməsi ilə bağlıdır. Hələ 2019-cu ilin iyul ayında “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən Çin və Kambocanın baza tikmək barədə razılığa gəldiyini yazmışdı. Lakin nəşr obyektin tikintisinin təfərrüatlarına toxunmamışdı. Üstəlik tərəflər də məlum razılaşma barədə məlumatları təkzib etmişdilər.

Azpost.info

Əvvəlki məqalə

Novxanıda qısqanc kişilər istirahət mərkəzində 2 nəfəri bıçaqladı

Sonrakı məqalə

Yaponiya hökuməti əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb